Bank Of Baku

Van Qoqun əsərinin oğurlanması ilə bağlı Misirin mədəniyyət nazirinin müavini və 4 muzey işçisi həbs olunub

Van Qoqun əsərinin oğurlanması ilə bağlı Misirin mədəniyyət nazirinin müavini və 4 muzey işçisi həbs olunub
# 24 avqust 2010 18:53 (UTC +04:00)
Bakı-APA. Misirdə mədəniyyət nazirinin müavini və 4 muzey işçisi Van Qoqun 50 milyon dollar dəyəri olan rəsm əsərinin oğurluğu ilə bağlı həbs ediliblər.

APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, qahirədəki muzeydə aparılan istintaq təhlükəsizliyin zəif təmin olunmasını aşkar etdikdən sonra rəsmilər məsuliyyətsizlikdə təqsirləndirilərək saxlanılıblar.

Əsərin tapılması üçün axtarış məqsədilə İnterpola müraciət edilib.
Van Qoqun bu qiymətli əsərinin oğurlanması açıqlanandan bir neçə saat sonra mədəniyyət nazirinin incəsənət əsərləri üzrə müavini Mohsen Şalan demişdi ki, oğrular Qahirə aeroportunda həbs olunub və "Lalələr" əsəri müsadirə olunub.
Amma bu məlumat yalan çıxdı. İndi isə onun özünü dörd günlük həbsə alıblar. İstintaq davam edir.
Polis də əsərin axtarışını davam etdirir və Mahmud Xəlil muzeyinin dörd təhlükəsizlik əməkdaşını sorğu-sual məqsədilə həbs edib.
Bu böyük miqyaslı oğurluq Misir hakimiyyətinə nüfuzuna xələl gətirib. Məsələni araşdıran prokuror muzeydə təhlükəsizlik tədbirlərinin aşağı səviyyədə olduğunu deyib.
Mone, Rodin və Renuar kimi böyük rəssamların əsərləri saxlanılan bu muzeydə bir çox təhlükəsizlik kameraları və həyəcan siqnalı işləmirmiş.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR