Bank Of Baku

Əfqan polisi ilə ispan əsgərləri arasında atışma olub

Əfqan polisi ilə ispan əsgərləri arasında atışma olub
# 25 avqust 2010 21:48 (UTC +04:00)
Bakı-APA. Əfqanıstanın polis çağırışçısının ispan təlim mərkəzinə atəş açması nəticəsində iki ispan əsgəri və tərcüməçi həlak olub. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. İspaniyanın daxili işlər naziri Alfredo Perez bildirib ki, ispan əsgərləri atəşə cavab verərək, əfqan polisini öldürüblər. Hadisə bu gün Bagdis vilayətinin Qalayi Nav şəhərində baş verib. Əfqan polisinin bildirdiyinə görə, ispan və əfqan zabitləri arasında mübahisədən sonra onlar arasında atışma baş verib. Əfqan polisinin qətli sakinlərin etirazına səbəb olub. Bazada olan təhlükəsizlik qüvvələrinin etirazçılara atəş açması nəticəsində 15 etirazçı yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR