Bank Of Baku

İranlı zəvvarları ziyarətə aparan avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

İranlı zəvvarları ziyarətə aparan avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var
# 03 sentyabr 2010 08:49 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İranlı zəvvarları İraqın Nəcəf şəhərindən Kazimeynə aparan avtobus qəzaya uğrayıb. APA-nın “İRNA” ya istinadən verdiyi məlumata görə, İranın Qırmızı Aypara təşkilatının klinikasının Kərbəlada yerləşən nümayəndəliyinin baş həkimi Maşallah Rzai qəza nəticəsində 9 iranlının öldüyünü və 31 nəfərin isə müxtəlif dərəcədə xəsarət aldığını bildirib.

M. Rzai yaralananların İskəndəriyyə şəhər mərkəzi xəstəxanasına və Qırmızı Aypara təşkilatının klinikasına yerləşdirildiyini deyib. O bildirib ki, yaralıların bəziləri İranın Mehran şəhər xəstəxanasına göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR