Bank Of Baku

İranda Qüds günü münasibətilə küçə yürüşləri keçirilir

İranda Qüds günü münasibətilə küçə yürüşləri keçirilir
# 03 sentyabr 2010 09:26 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. Qüds günü münasibətilə İranın bütün şəhərlərində, habelə paytaxt Tehranda genişmiqyaslı küçə yürüşləri keçirilir. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, Fələstin müsəlmanlarına dəstək olaraq İranın bütün dövlət idarələrinin əməkdaşları, ictimai qurumlar, tələbələr və sadə insanlar küçələrə çıxaraq İsrail əleyhinə şüarlar səsləndiriblər.

Aksiyada Qüdsün müsəlmanlara aid olduğu və İsrail rejimi tərəfindən işğal edildiyi barədə bəyanatlar səsləndirilib.

Aksiya iştirakçıları “İsrailə ölüm!”, “Qüdsə azadlıq!” şüarları səsləndirib, əllərində üzərində İsrail əleyhinə şüarlar yazılmış plakatlar tutublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR