Bank Of Baku

Haşimi Rəfsəncani: “Biz bütün işğal olmuş müsəlman torpaqlarının azad olunmasını tələb edirik”

Haşimi Rəfsəncani: “Biz bütün işğal olmuş müsəlman torpaqlarının azad olunmasını tələb edirik”
# 03 sentyabr 2010 11:25 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın sabiq prezidenti, İran Məsləhət Məclisi Şurasının sədri Əli Əkbər Haşimi Rəfsəncani Qüds günü münasibəti ilə keçirilən aksiyaya qoşulub. APA-nın “Mehr” agentliyinə istinadən verdiyi məlumata görə, H. Rəfsəncani Qüds gününü məzlum Fələstin xalqı ilə həmrəylik nümayiş etdirmək üçün yaxşı fürsət adlandırıb: “Biz bütün işğal olmuş müsəlman ərazilərinin azad olunmasını tələb edirik. 2-3 saat vaxt sərf etməklə, Fələstin xalqı və dünyanın digər ölkələrində doğma yurdları işğal olmuş müsəlman xalqları ilə həmrəylik bildirmək zəruridir”.

İran müxalifətinə məxsus “Kaleme” saytı isə bu gün səhər saatlarında bir qrup şəxsin müxalifət liderlərindən olan Mehdi Kərrubinin evinin qarşısında toplanması və prezidentliyə keçmiş namizədin evdən çıxmasına mane olması barədə xəbər yayıb. Sayt həmin şəxslərin “Bəsic” və “Sepah” üzvləri ola biləcəyini ehtimal edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR