Bank Of Baku

Pakistanda törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 59-a çatıb

Pakistanda törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 59-a çatıb
# 04 sentyabr 2010 01:45 (UTC +04:00)
Bakı-APA. Pakistanın Kvetta şəhərində baş vermiş terror aktı nəticəsində həlak olanların sayı 59-a, yaralananların sayı isə 160-a çatıb. Daha öncə 43 nəfərin həlak olduğu, 100 nəfərədək insanın isə xəsarət aldığı bildirilirdi.

Terror aktı sentyabrın 3-də Pakistanın şimal-qərbindəki Bəlucistan əyalətinin mərkəzi olan Kvetta şəhərində şiələrin mitinqi zamanı törədilib.

Mitinq fələstinlilərə dəstək məqsədilə keçirilirmiş.

Terror aktının kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

Faciə ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev də Pakistan prezidenti Asif Əli Zərdariyə başsağlığı verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR