Bank Of Baku

Kabildə yüzlərlə nümayişçi Amerika kilsəsinin Quran nüsxələrini yandırmaq qərarına etiraz edib

Kabildə yüzlərlə nümayişçi Amerika kilsəsinin Quran nüsxələrini yandırmaq qərarına etiraz edib
# 06 sentyabr 2010 23:01 (UTC +04:00)
Bakı-APA. Əfqanıstan paytaxtında yüzlərlə insan küçələrə çıxaraq, ABŞ-da kilsələrin birinin sentyabrın 11-də Quranın nüsxələrini yandırmaq planına etiraz edib. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Florida ştatının Qeynesvil şəhərinin kilsəsi ABŞ-a qarşı terror hücumlarının doqquzuncu ildönümünü Quranın bütün nüsxələrini yandırmaqla qeyd edəcəyini bildirib. Kabildə məscidin qarşısında keçirilən nümayişdə etirazçılar “Amerikaya ölüm” şüarları səsləndiriblər. ABŞ-ın Kabildəki səfirliyi açıqladığı bəyanatda bildirib ki, Birləşmiş Ştatlar hökuməti islam dininə qarşı belə bir hörmətsizliklə heç cür barışa bilməz və dini və etnik qrupların üzvlərinin təhqir edilməsinə yönəlmiş addımlardan narahatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR