Bank Of Baku

Pakistanda 2 hava hücumu nəticəsində 11 silahlı qətlə yetirilib

Pakistanda 2 hava hücumu nəticəsində 11 silahlı qətlə yetirilib
# 09 sentyabr 2010 03:59 (UTC +04:00)
Bakı-APA. Pakistan rəsmiləri Amerika təyyarələrinin həyata keçirdiklərini güman etdikləri iki hava hücumu zamanı 11 nəfərin həlak olduğunu bildiriblər. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. İlk hücum ölkənin şimal bölgəsində Taliban və əl-Qaidə ilə əlaqəsi olan yaraqlıların Vəziristandakı qərərgahında qarşı həyata keçirilib. Kəşfiyyat rəsmiləri bildirib ki, təyyarələr Haqqani şəbəkəsi ilə əlaqəsi oldugu hesab edilən yerli yaraqlıların birliyini hədəf alaraq azı yeddi şübhəli yaraqlını qətlə yetirib. İkinci hücum zamanı isə təyyarə Data Kel şəhərində avtomobili hədəf alaraq dörd yaraqlını qətlə yetirib. ABŞ Əfqanıstanda NATO qoşunlarına qarşı hücumları planlaşdıran və həyata keçirən yaraqlıları aşkara çıxarmaq üçün Şimali Vəziristanda raket hücumlarını intensivləşdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR