Bank Of Baku

İranda insan haqları müdafiəçisi tutulub

İranda insan haqları müdafiəçisi tutulub
# 10 sentyabr 2010 00:30 (UTC +04:00)
Bakı-APA. İranda nüfuzlu insan haqları üzrə hüquqşünas Nəsrin Sotoudeh həbs olunub.
APA-nın bbc.com saytına istinadən verdiy xəbərə görə, hakimiyyət onu təbliğat aparmaqda və dövlət təhlükəsizliyinə zərər vuran fəaliyyətdə ittiham edib.
Sotoudeh İranın müxaklifət fəallarını və siyasətçilərini təmsil edir.
Eləcə də o, 18 yaşından aşağı ikən cinayət törətmiş və ölümə məhkum olunmuş məhbusların hüquqlarını müdafiə edir.
Onun vəkili Mina Cəfəri deyib ki, xanım Sotoudeh Tehranın Evin həbsxanasına çağırılıb və bir adamlıq kamerada saxlanılır.
İran hökuməti məsələ ilə bağlı şərh verməyib.
2009-cu ilin prezident seçkilərindən bəri yüzlərlə müxalifət fəalı həbs olunub.
80-dən çoxu isə təhlükəsizlik qanunlarına əsasən həbs cəzasına məhkum edilib.
İran Səkinə Məhəmmədi Aştianinin məsələsi ilə bağlı ciddi beynəlxalq tənqidlərlə üzləşir. Aştiani ərinə xəyanətdə və onu öldürməyə cəhd etməkdə suçlanaraq daşqalaqla ölüm cəzasına məhkum edilib.
Hələlik daşqalaq cəzası dondurulub, amma bütün hallarda onun edam oluna biləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR