Bank Of Baku

Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf siyasətə qayıdacağını elan edib

Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf siyasətə qayıdacağını elan edib
# 11 sentyabr 2010 18:42 (UTC +04:00)
Bakı-APA. Pakistanın Böyük Britaniyada yaşayan keçmiş prezidenti, general Pərviz Müşərrəf böyük siyasətə qayıdacağını bəyan edib. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Müşərrəf Britaniyanın BBC radiosuna müsahibəsində deyib ki, yeni siyasi partiya yaratmaq və Pakistanda 2013-ci ildə keçəcək ümummilli seçkilərə qədər siyasətə qayıtmaq niyyətindədir.

“Hesab edirəm ki, Pakistan indi zülmət içindədir, xalqa alternativ seçim imkanı vermək lazımdır”, - deyə keçmiş prezident bildirib.

Onun fikrincə, ölkənin demokratik inkişaf yolunda yeni siyasi mədəniyyət yaratmağının vaxtı çatıb.

Müşərrəf Pakistanın prezidenti və ya baş naziri vəzifəsinə iddialı olduğunu bildirib. “Bu yolda qələbə qazanmaq üçün yaxşı şansım var”, - deyə Müşərrəf vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR