Bank Of Baku

Türkiyənin bir neçə bölgəsində iğtişaşlar baş verib

Türkiyənin bir neçə bölgəsində iğtişaşlar baş verib
# 11 sentyabr 2010 19:41 (UTC +04:00)
Bakı-APA. Türkiyənin Hakkari əyalətində etiraz aksiyası iştirakçılarının yollara yığılıb barrikada qurduqdan sonra onlarla polis arasında toqquşma baş verib.
APA-nın DHA agentliyinə istinadən verdiyi xəbərə görə, polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Hakkari əyalətində Ramazan bayramın birinci günü başlayan hadisələr dayanmaq bilmir. Hakkarinin Kartemas, Qazi və Pəhləvan bölgələrində toplanan və aralarında uşaqların olduğu 50-yə yaxın adam son iki gündür axşamlar yolları bağlayır barrikada qurur, polislərə daş və yandırıcı maddələr atırlar. Nümayişçilərə qarşı polislər sərt tədbirlər görür.
Şırnakın Cizre bölgəsində qeyri-qanuni nümayiş iştirakçıları yerli Milli Təhsil Müdirliyinin anbarını yandırıblar. Məktəblilərin istifadə edəcəyi masa, kitablar, dəftərxana ləvazimatı və başqa vəsaitlərin saxlanıldığı bina yandırılıb.
Bu hadisələr Mardinin Nusaybin bölgəsində və Hakkaridə 9 PKK-lının öldürülməsindən sonra baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR