Bank Of Baku

“Qurdlar Vadisi” bir əyalətin polislərini ayağa qaldırıb

“Qurdlar Vadisi” bir əyalətin polislərini ayağa qaldırıb
# 11 sentyabr 2010 21:43 (UTC +04:00)
Bakı-APA. Türkiyənin Başakşehir şəhərində “Qurdlar Vadisi Pusqu” filminin bir süjetinin çəkilişi şəhər sakinləri tərəfindən səhv başa düşülüb və yerli polisin hərəkətə keçəsinə səbəb olub.
APA-nın DHA agentliyinə istinadən verdiyi xəbərə görə, filmdə nəzərdə tutulan terrorçuların yolun kəsməsi səhnəsinin çəkilişi zamanı sakinlər polislərə – “PKK terrorçuları əllərində silah şəhərin yolunu kəsib vətəndaşların şəxsiyyətini yoxlayırlar”, deyə müraciət ediblər. Dərhal polis dəstələri “hadisə” yerinə gəlib. Ancaq “hadisə” yerində “Qurdlar Vadisi Pusu” filminin çəkilişinin getməsinin şahidi olub.
Polislər filmin çəkilişinə icazələri olub olmadığını öyrəniblər. Çəkiliş qrupunda olan səlahiyyətli nümayəndə çəkilişin bütün icazə sənədlərini təqdim etdib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR