Bank Of Baku

İran Amerikalı məhbusu sərbəst buraxmayıb

İran Amerikalı məhbusu sərbəst buraxmayıb
# 12 sentyabr 2010 03:22 (UTC +04:00)
Bakı-APA. İran casusluqda günahlandırılan bir amerikalının sərbəst buraxılması planını təxirə salıb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, İran prokurorluğu təxirə salmanın səbəbini qanuni prosedurların tamamlanmamısı ilə əlagələndirib.
Xatırladaq ki, İran hökuməti 31 yaşındakı Sarah Şourdun sərbəst buraxılacağı açıqlanmışdı.
Şourdun ciddi sağlamlıq problemləri olduğu düşünülür.
İran Mədəniyyət Nazirliyi Ramazan Bayramı olduğuna görə xoş niyyətlilik əlaməti olaraq bir ildən çoxdur ki, saxlanılan amerikalılardan birinin azad ediləcəyi barədə məlumat vermişdir.
ABŞ amerikalı məhbusların üçünün də dərhal buraxılmasını istəmişdir.
3 Amerikalı 2009-çu ilin iyul ayında ölkəyə qeyri-qanuni yollarla girdiklərinə görə həbs olunmuş və casusluqla günahlandırılmışdır.
Şourd və iki yoldaşı, Sane Bauer və Joş Fattalın İrana İraq sərhədindən keçdiyi ehtimal olunur.
İran onların üçünün də casusluqda mühakimə olunacağını açıqlayıb. Bu cinayətin cəzası edam ola bilər.
ABŞ tərəfi bildirir ki, onun vətəndaşları İraqdan İrana səhvən keçiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR