Bank Of Baku

Manuçöhr Mottəki: “İranın “altılıq”la müzakirələrə başlaması üçün bu qrupun strukturunda ciddi dəyişikliklər olmalıdır”

Manuçöhr Mottəki: “İranın “altılıq”la müzakirələrə başlaması üçün bu qrupun strukturunda ciddi dəyişikliklər olmalıdır”
# 13 sentyabr 2010 11:40 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. “İranın “altılıq”la müzakirələrə başlaması üçün bu qrupun strukturunda ciddi dəyişikliklər olmalıdır. Biz bu barədə öz təklifimizi onlara göndərmişik”. APA-nın “İRNA”ya istinadən verdiyi məlumata görə, bu sözləri İranın xarici işlər naziri Mənuçöhr Mottəki deyib. O bildirib ki, İran nüvə yanacağı mübadiləsi barədə Vyana qrupu ilə danışıqlara başlamağa hazırdır: “Altılıq” qrupu Tehran bəyannaməsindən sonra işlərin müsbət şəkildə irəli getməsi üçün heç bir addım atmadı. Qrupun üzvləri qeyri-səmimi olduqlarını göstərdilər. Buna görə də “Altılığ”ın tərkibi və strukturunun dəyişməsini, eləcə də digər ölkələrin bu qrupa üzv olması təklifini vermişik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR