Bank Of Baku

İranda Ramazan bayramı günlərində yol qəzalarında 106 nəfər ölüb

İranda Ramazan bayramı günlərində yol qəzalarında 106 nəfər ölüb
# 13 sentyabr 2010 14:23 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranda Ramazan bayramı günlərində - sentyabrın 9-u, 10-u və 11-də baş vermiş 90 yol qəzasında 106 nəfər ölüb. APA-nın “İLNA”-ya istinadən verdiyi məlumata görə, bu barədə İranın yol polisinin mətbuat mərkəzindən məlumat verilib.
Məlumatda bildirilir ki, qəzaların baş verməsinin əsas səbəbi avtomobillərin sürətlə idarə olunması olub. Ramazan bayramı günlərində sürücülərin avtomobilləri həddindən artıq sürətlə idarə etmələri və eləcə də səhlənkarlıqları nəticəsində baş verən yol qəzalarında ümumilikdə 106 nəfər ölüb, 610 nəfər isə müxtəlif dərəcədə bədən xəsarəti alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR