Bank Of Baku

Əfqanıstanda iki qarşıdırma zamanı 14 yaraqlı qətlə yetirilib

Əfqanıstanda iki qarşıdırma zamanı 14 yaraqlı qətlə yetirilib
# 13 sentyabr 2010 23:51 (UTC +04:00)
Bakı-APA. NATO rəsmiləri Əfqanıstandakı koalisiya qüvvələrinin Oruzqan vilayətində iki qarşıdırma zamanı 14 yaraqlını qətlə yetirdiyini bildiriblər. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Rəsmilər bazar günü alyans patrulunun yaraqlıların hücumunu susdurmaq üçün hava qüvvələrinin yardımını tələb etdiyini bildiriblər. Tələb bir müddət kiçik avtomat silahlarla atışma davam etdikdən sonra edilib. Hava hücumları nəticəsində üç yaraqlı həlak olub. Başqa bir hadisədə koalisiya qüvvələri 15 yaraqlının bir yerə toplandığını müəyyən etdikdən sonra bir daha hava qüvvələrinin yardımını tələb ediblər. Bu hücum nəticəsində isə 11 yaraqlı öldürülüb. NATO eyni zamanda qoşunlarının Qəndahar vilayətində Arqandad rayonu üzrə Taliban təşkilatçısını ələ keçirdiyini təsdiqləyib. Ələ keçirilən şəxsin silah daşınmasına və bölgədə fəaliyyət göstərən Taliban komandirlərinə nəzarət edirmiş. Təşkilatçının üç yardımçısı da həbs edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR