Bank Of Baku

Xəzər dənizinin suyu Urmiya gölünə axıdıla bilər

Xəzər dənizinin suyu Urmiya gölünə axıdıla bilər
# 14 sentyabr 2010 08:08 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İranda Urmiya gölünün səviyyəsinin qaldırılması üçün Xəzər dənizinin suyunun bu gölə axıdılması təklifi hərtərəfli araşdırılır. APA-nın “FARS” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran parlamentinin deputatı Əhməd Əli Keyxa bildirib ki, yağışların və çay sularının azalması nəticəsində Urmiya gölündə suyun səviyyəsi düşməyə başlayıb. Su səviyyəsinin düşməsinin daha bir səbəbi gölün ətrafında olan əkin sahələrinin və digər böyük müəssisələrin sudan iri həcmdə istifadə etməsidir. Urmiya gölünün quruması ətraf mühitə ciddi zərər vura bilər. Millət vəkili Xəzər dənizinin suyunun Urmiya gölünə axıdılması təklifinin araşdırıldığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR