Bank Of Baku

İran həbsdə saxlanılan üç ABŞ vətəndaşından birini azad edib

İran həbsdə saxlanılan üç ABŞ vətəndaşından birini azad edib
# 14 sentyabr 2010 17:50 (UTC +04:00)
Bakı-APA. İran hökuməti həbsdə saxlanılan üç ABŞ vətəndaşından biri olan Sarah Şurdu azad edib.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, həmin 3 amerikalı İran sərhədini qanunsuz olaraq keçdiyinə görə 2009-cı ilin iyul ayından həbs olunub.
Sarah Şurdun vəkili Masud Şəfi bildirib ki, “amerikalının azad olunması müqabilində ABŞ tərəfi 500 min dollar girov qoyub". Şurd öz vətəninə İsveçrə səfirliyi vasitəsilə qayıdacaq. Eyni zamanda məlum olub ki, həbsdə qalan digər amerikalılar Şayn Bayer və Joshua Fettala daha 2 ay həbsdə qalacaqlar.
ABŞ vətəndaşları İraqın Kürdüstan bölgəsindən İrana daxil olarkən İran sərhədçiləri tərəfindən saxlanılıb.
Amerika tərəfi iddia edir ki onlar İraq səyahət edərkən İran ərazisinə səhvən keçiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR