Bank Of Baku

Əfqanıstanda seçkilər ərəfəsində təxminən 30 nəfər həlak olub

Əfqanıstanda seçkilər ərəfəsində təxminən 30 nəfər həlak olub
# 15 sentyabr 2010 04:16 (UTC +04:00)
Bakı-APA. Əfqanıstanda son gün ərzində 30 yaraqlı öldürülüb.
APA svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, Əfqanıstanda beynəlxalq qüvvələrin komandanlığı bildirib ki, Əfqanıstanın cənubunda yerləşən Helmand vilayətində azı 23 yaraqlı və ölkənin şərqində yerləşən Vardak vilayətində üç nəfər həlak olub.
Həmçinin ABŞ komandanlığı bildirir ki, Zabul vilayətində dörd Talibançı qətlə yetirilib.
NATO qüvvələri arasında itkinin olub olmaması barədə məlumat verilmir.
Xatırladaq ki, ölkədə vəziyyət şənbə günü keçiriləcək parlament seçkiləri ilə bağlı gərginləşib.

Taliban əhalini seçkilərdə iştirak etməməyə çağırıb və seçki məntəqələrinə hücum törətməklə hədələyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR