Bank Of Baku

İranda avtobusun qəzaya uğraması nəticəsində 30-a yaxın insan ölüb

İranda avtobusun qəzaya uğraması nəticəsində 30-a yaxın insan ölüb
# 15 sentyabr 2010 09:15 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın Həmədan vilayəti ərazisində sərnişin avtobusu qəzaya uğrayıb. APA-nın İran xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, paytaxt Tehran istiqamətində hərəkət edən avtobus sürücünün ehtiyatsızlığı ucbatından dərəyə düşüb. Avtobusda 40 sərnişin olub. Qəza nəticəsində 30-a yaxın adam ölüb. Yaralıların vəziyyəti ağırdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR