Bank Of Baku

Şimali Koreya ilə nüvə danışıqlarının yaxın gələcəkdə davam etdirilməsi gözlənilmir

Şimali Koreya ilə nüvə danışıqlarının yaxın gələcəkdə davam etdirilməsi gözlənilmir
# 16 sentyabr 2010 01:29 (UTC +04:00)
Bakı-APA. Şimali Koreya ətrafında nüvə danışıqlarında ABŞ-ın xüsusi nümayəndəsi bildirib ki, dayandırılmış danışıqların yaxın gələcəkdə davam etdirilməsi gözlənilmir. Bu barədə APA voanews.com-a istinadən bildirir. ABŞ-ın səfiri Stefen Bosvort Pekinə yola düşməzdən əvvəl Tokioda müxbirlərlə görüşüb. O deyib ki, növbəti bir neçə həftə diplomatik fəaliyyətdə canlanmanın gözlənməsi üçün əsas yoxdur. Onun sözlərinə görə, Pxenyan tərəfindən xüsusi ciddilik ifadə edilməyənə qədər, danışıqlar bərpa olmayacaq. Şimali Koreya BMT-nin nüvə silahı sınağının ardınca uzaqmənzilli raketləri sınaqdan keçirməsinə görə ittihamından sonra danışıqlardan çıxıb. Bundan sonra BMT sınaqlara görə Pxenyana qarşı sanksiya tətbiq edib. Bosvort deyib ki, Şimali Koreya altıtərəfli danışıqlara qayıtmayana qədər sanksiyalar qüvvədə qalacaq. O bildirib ki, Obama administrasiyası rejimlə birbaşa danışıqları istisna etmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR