Bank Of Baku

İranın müxalifət lideri Mirhüseyn Musəvinin ofisinə reyd təşkil edilib

İranın müxalifət lideri Mirhüseyn Musəvinin ofisinə reyd təşkil edilib
# 16 sentyabr 2010 19:47 (UTC +04:00)
Bakı-APA. İranın müxalifət lideri Mirhüseyn Musəvinin internet səhifəsinə əsasən təhlükəsizlik qüvvələri onun ofisinə reyd təşkil ediblər.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, səhifədə bildirilir ki, İranın təhlükəsizlik qüvvələri ofisdən kompyuterləri, Musəviyə aid sənədləri və başqa əşyaları götürüblər.
Bəyanatda bu hal təzyiqlərin və məhdudiyyətlərin yeni dalğasının başlanğıcı kimi təsvir edilir.
İran hökuməti hadisəni şərh etməyib.
Cənab Musəvi ötən ilki prezident seçkilərində Mahmud Əhmədinecada məğlub olmuşdu.
O və başqa müxalifət liderləri seçkilərin saxta olduğunu iddia ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR