Bank Of Baku

İran azərbaycanlıları FİFA-ya müraciət edib

İran azərbaycanlıları FİFA-ya müraciət edib
# 17 sentyabr 2010 00:44 (UTC +04:00)
Bakı-APA. İrandan kənarda yaşayan bir qrup azərbaycanlı elm adamı bir neçə ay öncə İranda keçirilmiş Traktor – Persepolis futbol klubları arasındakı oyun zamanı stadiondakı bəzi azarkeşlərin azərbaycanlılara qarşı ayrıseçkilik və təhqiramiz şüarlar səsləndirdiklərini əsas gətirərək, FİFA-ya rəsmi şikayət məktubu ünvanlayıb.
APA-nın voanews.com satına istinadən verdiyi xəbərə görə, 50-yə yaxın ziyalının imzaladığı şikayət məktubunda iddia edilir ki, İranda televiziya vasitəsilə canlı yayımlan oyun zamanı fars azarkeşlər stadionda türkləri təhqir edən şüarlar səsləndirib. Azarkeşlərin səsləndirdiyi təhqirlər ingilis və fars dillərində məktubda qeyd edilib.
Kanadanın Toronto şəhərində yaşayan “York Universiteti”nin professoru Əlirza Əsgərzadə bildirib ki, İranda bir çox sahədə başqa xalqlara qarşı ayrıseçkilik siyasəti yürüdülür: “İranda universitetlər, məktəblər, şirkətlərdə fars dilindən başqa dillərdə danışmaq qadağandır. İnsanlara qarşı ayrıseçkilikdən isə heç kimin şikayət etmək hüququ yoxdur.”
Əlirza Əsgərzadə deyir ki, FİFA-nın qaydalarına görə, oyun zamanı irqçilik qadağandır: “Oyun zamanı azarkeşlərin azərbaycanlılara qarşı səsləndirdikləri şüar təhqir hesab edilir. Bunu əsas gətirərək, İrandan xaricdə yaşayan azərbaycanlı elm adamları FİFA-ya Tehran klubu və oyunçularının cəzalandırılması tələbi ilə məktub ünvanlayıb. FİFA rəsmiləri gələcəkdə belə halların baş verməməsi üçün qərar qəbul etməlidir. Ola bilər ki, FİFA-nın qəbul edəcəyi qərar İranda bir işə yaramasın. Amma FİFA belə bir qərar qəbul etsə, İran futbolçuları beynəlxalq yarışlardan məhrum edilə bilər. FİFA bu qərarla həm də İrandakı vəziyyətin nə yerdə olduğuna diqqət yetirmiş olar.”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR