Bank Of Baku

Əfqanıstanda parlament seçkiləri başa çatıb

Əfqanıstanda parlament seçkiləri başa çatıb
# 18 sentyabr 2010 17:51 (UTC +04:00)
Bakı-APA. İlkin məlumatlara görə Əfqanıstanda başa çatmış parlament seçkilərində əhalinin fəallığı çox aşağı olub.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə,
ekspertlərin fikrincə əhalinin böyük əksəriyyəti Talibandan qorxaraq seçki məntəqələrinə gəlməyib.

Bu gün Əfqanıstanda 10 nəfər zorakılıq aktların qurbanı olub. Bağlan vilayətində baş vermiş atışmada təhlükəsizlik qüvvələrin altı əməkdaşı öldürülüb. Həmçinin Kunar və Nangarhar əyalətlərində də bir neçə adam öldürülüb.

Seçkilər zamanı nizam-intizamın təmin edilməsi üçün 115 min polis, əfqan ordusunun və beynəlxalq qüvvələrin əməkdaşları cəlb edilmişdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR