Bank Of Baku

İranda əsgərlər girov götürülüb

İranda əsgərlər girov götürülüb
# 18 sentyabr 2010 18:45 (UTC +04:00)
Bakı-APA. İranın cənub-şərqində silahlı qrup bir avtobusa hücum edərək beş əsgər və bir nəfər mülki vətəndaşı girov götürüb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Cundullah adlı silahlı dəstə bu hücuma görə məsuliyyəti boynuna götürüb. İran hökuməti bunu inkar edir.
Hücum İranın Pakistan və Əfqanıstanla həmsərhəddə yerləşən Sistan-Bəlucistan əyalətində törədilib. Avtobus iki şəhər arasında hərəkət edərkən pusquya düşüb. Silahlılar bir bank işçisi və beş əsgəri girov götürüblər.
Bu bölgədə fəaliyyət göstərən Cundullah silahlı qrupu hücuma görə məsuliyyəti boynuna alıb və bildirib ki, təhlükəsizlik qüvvələrindən bir neçə nəfəri qətlə yetirib.
Bu silahlı dəstə internet səhifəsində bəyanatını dərc edərək girovların qaytarılması əvəzinə həbs edilmiş bir neçə üzvünün azad edilməsini tələb edib.
İranın hökumət rəsmiləri deyiblər ki, bu hücumun məhz Cundulah dəstəsi tərəfindən törədildiyinə inanmırlar.
İran təhlükəsizlik xidmətinin bir məsul əməkdaşı deyib ki, girov götürülənlərdən iki əsgər artıq azad edilib və tezliklə daha bir neçə adam buraxıla bilər. Onun sözlərinə görə, hökumət girovların saxlandığı yeri bilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR