Bank Of Baku

Hindistan Kəşmirində zorakılıqlar nəticəsində ölənlərin sayı 100-ə çatıb

Hindistan Kəşmirində zorakılıqlar nəticəsində ölənlərin sayı 100-ə çatıb
# 18 sentyabr 2010 21:48 (UTC +04:00)
Bakı-APA. Hindistan Kəşmirində yeni zorakılıqlar nəticəsində ölənlərin sayının 100-ə çatıb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, regionda hökumət əleyhinə nümayişlər iyun ayından başlayıb. Hökumət qüvvələri bu gün ayrı-ayrı insidentlər zamanı iki nəfəri qətlə yetirdiyini bildirir. Polis qadağan saatına təsadüf edən vaxt dəfn mərasimində iştirak edən bir nəfəri öldürüb. Kəşmirin cənubunda Anantnaq vilayətində minlərlə insan dəfn mərasiminə qoşulub. Sakinlər vəfat edən şəxsin polis tərəfindən təqib edilərkən çaya düşərək boğulduğunu bildiriblər. Rəsmilər bildirib ki, polis mərasim iştirakçıları Hindistan tərəfdarı siyasətçinin evini yandırmağa cəhd edən zaman atəş açıb. Paytaxt Şrinaqardan şimal-qərbdə Palhan vilayətində də əsgərlər daş atan yüzlərlə nümayişçiyə atəş açaraq bir nəfəri öldürüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR