Bank Of Baku

Hindistanda yük qatarı sərnişin qatarı ilə toqquşub, 13 nəfər ölüb

Hindistanda yük qatarı sərnişin qatarı ilə toqquşub, 13 nəfər ölüb
# 20 sentyabr 2010 09:44 (UTC +04:00)
Bakı - APA. Sentyabrın 20-də yerli vaxtla gecə saat 04.00-da Hindistanda yük qatarı platformada dayanan sərnişin qatarı ilə toqquşub. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, hadisə Madhya-Pradeş ştatında, paytaxt Nyu-Delhidən 400 km məsafədə yerləşən “Badarvas” stansiyasında baş verib. Qəza nəticəsində 2 vaqon tam məhv olub, 13 nəfər ölüb, 20 nəfər isə yaralanıb. Hazırda hadisə yerində xilasetmə işləri aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR