Bank Of Baku

Əfqanıstanda intiharçı-terrorçu NATO konvoyuna hücum edib

Əfqanıstanda intiharçı-terrorçu NATO konvoyuna hücum edib
# 20 sentyabr 2010 18:41 (UTC +04:00)
Bakı-APA. Bazar ertəsi axşam Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində NATO-nın hərbi konvoyuna minalanmış avtomobillə hücum edib. Bu barədə əyalət qubernatorunun mətbuat katibi Əhməd Ziya Abdulzay məlumat verib.

Onun sözlərinə görə, zirehli maşınlardan biri xəsarət alıb. Həmçinin hadisə yerinin yaxınlığında olan minik avtomaşınının sürücüsü də yaralanıb.

Hücuma görə məsuliyyəti Taliban öz üzərinə götürüb. Taliblərin nümayəndəsi hadisə nəticəsində 10 hərbçinin öldüyünü və 2 zirehli maşının xəsarət aldığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR