Bank Of Baku

Yaponiya Çin hökumətini sakitliyə çağırır

Yaponiya Çin hökumətini sakitliyə çağırır
# 20 sentyabr 2010 22:42 (UTC +04:00)
Bakı-APA. Balıqçı gəmisinin kapitanını saxladığına görə Yaponiya ilə yüksək səviyyəli əlaqələri kəsdikdən sonra rəsmi Tokio Çin hökumətini sakitliyə və diplomatik mübahisəyə son qoymağa çağırıb. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Pekin bazar günü nazirlər səviyyəsində mübadiləni dayandırdığını elan edib. Çin bu addımı Tokio məhkəməsi gəmi kapitanının saxlanma müddətini uzatdıqdan sonra atıb. Yüksək səviyyəli təmaslara aviasiya və daş kömür məsələləri üzrə danışıqlar daxildir. Yaponiya baş naziri Naoto Kan Çinin addımlarından təəssüfləndiyini bildirib. Yaponiya balıqçı gəmisinin heyətini sentyabrın 7-də saxlayıb, lakin ötən bazar günü kapitan istisna edilməklə heyət üzvlərini azad edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR