Bank Of Baku

Pakistanda məktəbliləri daşıyan avtobus çaya düşüb

Pakistanda məktəbliləri daşıyan avtobus çaya düşüb
# 21 sentyabr 2010 09:33 (UTC +04:00)
Bakı - APA. Sentyabrın 21-də səhər Pakistanın şimalında məktəbliləri daşıyan avtobusun çaya düşməsi nəticəsində azı 10 uşaq ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, faciə Kəşmirin Pakistanın nəzarətində olan Qərbi Dopatta məntəqəsində baş verib. Avtobusda 30-a qədər məktəbli olub. Qəfil yoldan çıxan avtobus uçuruma yuvarlanaraq Cəlum dağ çayına düşüb. Hazırda hadisə yerində xilasetmə işləri aparılır. Azı 4 məktəblinin xilas edildiyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR