Bank Of Baku

İstanbulda anti-terror əməliyyatı nəticəsində 2 nəfər həbs edilib

İstanbulda anti-terror əməliyyatı nəticəsində 2 nəfər həbs edilib
# 22 sentyabr 2010 01:21 (UTC +04:00)
Bakı-APA. İstanbuldakı PKK terror təşkilatına qarşı əməliyyat nəticəsində saxlanılan 3 nəfərdən 2-si həbs edilib.
APA-nın CNNTURK agentliyinə istinadən verdiyi xəbərə görə, İstanbul Ədliyyəsinə gətirilən D.Abuzer, A. Nedret və bir qadın prokurorluq tərəfindən dindirilib.

D. Abuzer, "terror təşkilatı üzvlüyü", "partlayıcı maddə saxlamaq" və "dövlətin birliyini və bütövlüyünü pozmaq", A. Nedret "terror təşkilatı üzvlüyü" və "partlayıcı maddə saxlamaq" ittihamı ilə həbs olunublar.

Saxlanılan qadın məhkəmənin qərarı ilə sərbəst buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR