Bank Of Baku

Yəməndə 15 min insan evlərini tərk edib

Yəməndə 15 min insan evlərini tərk edib
# 22 sentyabr 2010 03:15 (UTC +04:00)
Bakı-APA. Yəməndə hökumət qüvvələrinin üsyançılara qarşı geniş əməliyyatı nəticəsində 15 minədək adam evlərini tərk etməyə məcbur olub.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, həmlələr hərbi yardım təklifi ilə ölkəyə gələn Amerika heyətinin səfərinə təsadüf edir.
Toqquşmalar ölkənin cənubundakı dağlıq Huta şəhəri ətrafında baş verir.
Hökumət qüvvələri "Ərəbistan Yarımadasında Əl-Qayda" qrupuna mənsub olduğu güman edilən 100 silahlını mövqelərdən sıxışdırıb-çıxarmağa çalışırlar. Hərbi toqquşmalar nəticəsində yerli əhali ərazini tərk edib.
Qaçanların bir qismi qonşu kəndlərdəki qohumlarının evlərinə sığına biliblər. Onlardan bəzilərinə heç bir kömək edilməyib, digərlərinə isə göstərilən humanitar yardımın həcmi cüzi olub.
Bildirilir ki, Yəmənə növbəti 5 il ərzində 1 milyard dollar həcmində yardım ayrılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR