Bank Of Baku

KXDR hökumətində dəyişikliklər edilib

KXDR hökumətində dəyişikliklər edilib
# 23 sentyabr 2010 04:20 (UTC +04:00)
Bakı-APA. Koreya Xalq Demokratik Respublikası (KXDR) hökumətində dəyişikliklər edilib. Ölkənin Ali Xalq şurası rəyasət heyətinin fərmanı ilə Kan Sok Çju nazirlər kabineti sədrinin müavini vəzifəsinə təyin olunub.

Bundan əlavə Kim Qe Qvan xarici işlər nazirinin birinci müavini təyin edilib. Li En Xo isə xarici işlər nazirinin müavini vəzifəsinə gətirilib.

Təyinatlar Koreya Əmək partiyasının sentyabrın 28-də keçiriləcək konfransı ərəfəsində edilib. Konfransda partiyanın ali rəhbər orqanı seçiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR