Bank Of Baku

İranda daha bir həkimə sui-qəsd edilib

İranda daha bir həkimə sui-qəsd edilib
# 23 sentyabr 2010 10:43 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. Tehranda daha bir sui-qəsd hadisəsi baş verib.
APA-nın “İRİNN”ə istinadən verdiyi məlumata görə, İranın ürək cərrahiyyəsi üzrə mütəxəssisi, doktor Qulamrza Sərabiyə şəxsi klinikasının qarşısında sui-qəsd edilib. Bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Həmid Hüseyni məlumat verib. O xatırladıb ki, oxşar hərəkətlərlə 1 gün öncə doktor Əbdurrza Sudbəxşə öz klinikasının qarşısında terror edilib. Hazırda doktor Qulamrza Sərabinin üzərində cərrahiyyə əməliyyatı aparılır. Onun vəziyyəti ağır qiymətləndirilir.

Təhlükəsizlik qüvvələri terror aktını törədənlər barəsində axtarışları davam etdirirlər.

Qeyd edək ki, iki gün öncə oxşar terror hadisəsi zamanı Tehran Tibb Elmləri Universitetinin müəllimi, doktor Əbdurrza Sudbəxş öz klinikasının qarşısında öldürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR