Bank Of Baku

İran Rusiyanın Tehrana raket satışını dayandırma qərarını tənqid edib

İran Rusiyanın Tehrana raket satışını dayandırma qərarını tənqid edib
# 24 sentyabr 2010 01:32 (UTC +04:00)
Bakı-APA. İranın müdafiə naziri Rusiyanın müdafiə raket sisteminin Tehrana satışını dayandırma qərarını tənqid edib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, İranın dövlət televiziyası general Əhməd Vahidiyə istinadən bildirib ki, Moskva İran qarşısındakı öhdəliklərindən beynəlxalq təzyiqlər nəticəsində boyun qaçırır. O, eyni zamanda bildirib ki, Rusiyanın S-300 sistemini Tehrana satışının ləğvindən sonra İran özünün təkmilləşdirilmiş təyyarəvuran raket sistemini yaradacağını planlaşdırır. Rusiya prezidenti Dmitri Medvedev qərarı dünən elan edib. Kreml Rusiya liderinin tank, hərbi təyyarə, və hərbi gəmi satışını da qadağan edəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR