Bank Of Baku

Yaponiya Çindən üzr istəmək fikrində deyil

Yaponiya Çindən üzr istəmək fikrində deyil
# 25 sentyabr 2010 18:19 (UTC +04:00)
Bakı-APA. Yaponiya Çinin üzr istəmək barədə müraciətini rədd edib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Çin balıqçı qayığının kapitanının tutulmasına görə rəsmi üzrxahlıq və müavinət istəmişdi.
Yaponiyanın Xarici İşlər Nazirliyinin sözçüsü tələbi tamamilə əsassız və qeyri-məqbul kimi təsvir edib.
Balıqçı qayığı iki yapon sərhəd qayığı ilə mübahisəli sularda toqquşub.
Onun kapitanı və heyəti tutulub saxlanılmışdı.
Bu iki ölkə arasında son illərdə ən böyük qalmaqala səbəb olub.
Heyət azad edilib, lakin Çin hələ də dörd yaponiyalını ölkənin şimalındakı hərbi əraziyə daxil olmaq ittihamı ilə həbsdə saxlamaqdadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR