Bank Of Baku

Yəməndə iki silahlı şəxs avtobusa hücum edib

Yəməndə iki silahlı şəxs avtobusa hücum edib
# 25 sentyabr 2010 22:43 (UTC +04:00)
Bakı-APA. Yəmən rəsmiləri paytaxt Sanada əl-Qaidə yaraqlısı olduğu hesab edilən iki silahlı şəxsin avtobusa hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 10 üzvünün yaralandığını bildiriblər.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, hücum paytaxtın izdihamlı hissəsində şənbə günü səhər baş verib. Yaraqlılar kəşfiyyat işçilərini bazaya aparan avtobusu avtomat silahlardan atəşə tutublar. Polisin bir gün əvvəl əl-Qaidə qrupunun təhlükəsizlik bazasına hücum edə biləcəyinə dair xəbərdarlıq etməsinə baxmayaraq, yaraqlılar hücumu həyata keçirməyə nail olub. Sanada zəif Yəmən hökumətinin nəzarəti altında olan bir neçə regiondan biridir. Bu arada, dünən Britaniya Yəmən hökumətinin uğursuzluğunun dünyanın sabitliyinə geniş təhlükə ola biləcəyini bildirib. Dünyada ən kasıb ölkələrdən biri olan və işsizlik probleminin geniş yayıldığı Yəmən əl-Qaidə üçün istinadgahdır. Yəmənin zəif mərkəzi hökuməti, korrupsiya problemi və qəbilə quruluşuna malik olması terrorçuların fəaliyyətləri üçün şərait yaradıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR