Bank Of Baku

İsrail liderləri Fidel Kastroya təşəkkür edib

İsrail liderləri Fidel Kastroya təşəkkür edib
# 26 sentyabr 2010 02:15 (UTC +04:00)
Bakı-APA. İsrail prezidenti Şimon Peres və baş nazir Benyamin Netanyahu İsrail dövlətini dəstəklədiyinə görə Fidel Kastroya təşəkkür edib, APA bbc.com saytına istinadən xəbər verir.
Xatırladaq ki, Kastro son müsahibələrində deyib ki, İsrailin yəhudi dövləti kimi yaşamağa hüququ var. Kuba prezidenti Holokostu inkar etdiyinə görə İran prezidenti Mahmud Əhmədinejatı tənqid edib.
Peres Kastronun çıxışını gözlənilməz adlandırıb və öz şəxsi məktubunda onun dərin intellektə malik olduğunu yazıb.
Əvvəllər Fidel Kastro İsraili tez-tez sərt tənqid edirdi və Fələstin xalqını dəstəklədiyini bildirirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR