Bank Of Baku

İranda hərbi paradda terror aktı törədən şəxslərdən 30-u öldürülüb

İranda hərbi paradda terror aktı törədən şəxslərdən 30-u öldürülüb
# 27 sentyabr 2010 09:00 (UTC +04:00)
APA-nın “FARS” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Qərbi Azərbaycan vilayətinin “Həmzə” hərbi polis qərargahının komandiri Əbdürrəsul Mahmudabadi bildirib. Onun sözlərinə görə, aparılan araşdırmalar zamanı terrorçuların yeri müəyyən olunub. Əməliyyat nəticəsində terrorçuların 30 nəfəri öldürülüb: “Onlardan 2 nəfər hadisə yerindən qaçıb. Amma tez bir zamanda onları da ələ keçirib öz cəzalarına çatdıracağıq. Araşdırmalar göstərir ki, terrorçular İsrail rejiminin “Mossad” təşkilatı və ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən idarə edilir”. Qeyd edək ki, sentyabrın 21-də İranın Qərbi Azərbaycan vilayətinin Mahabad şəhərində keçirilən hərbi parad zamanı terror aktı törədilib. Partlayış nəticəsində 12 nəfər ölüb, 80 nəfər yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR