Bank Of Baku

Pakistan bombardmançıların hücumuna görə NATO-nu tənqid edib

Pakistan bombardmançıların hücumuna görə NATO-nu tənqid edib
# 27 sentyabr 2010 23:31 (UTC +04:00)
Bakı-APA. Pakistan rəsmiləri Əfqanıstan ərazisindən ölkəyə aviazərbə endirmiş NATO qüvvələrini tənqid ediblər. Zərbə nəticəsində 50-yə yaxın insan həlak olub.

Pakistan rəsmiləri bu hadisəni ölkənin suverenliyinin pozulması kimi dəyərləndiriblər.

Lakin Şimali Vəzirisitandakı aviazərbə nəticəsində ölənlərin silahlılar olduğunu rəsmilər inkar etmirlər.

ABŞ nümayəndələri daha öncə İslamabadla hərbi təhlükə zamanı sərhədin keçilə bilməsi barədə razılığa gəldiklərini bildirirlər. İslamabad belə razılaşmanın olmasını inkar edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR