Bank Of Baku

ABŞ səfiri Pakistan hərbçilərinin qətlinə görə üzr istəyib

ABŞ səfiri Pakistan hərbçilərinin qətlinə görə üzr istəyib
# 06 oktyabr 2010 22:19 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın Pakistandakı səfiri Enn Patterson ötən həftə NATO helikopterlərinin hücumu zamanı Pakistan hərbçilərinin həlak olmasına görə üzr istəyib.

Patterson bildirib ki, sentyabrın 30-da Əfqanıstanla sərhəddə yerləşən Orakzay əyalətində baş verən hadisə nəticəsində 2 nəfər həlak olub, 4 nəfər isə yaralanıb. Pakistan rəsmiləri ölənlərin sayının 3 olduğunu bildirirlər.

Pattersonun sözlərinə görə, NATO hərbçiləri Pakistan əsgərlərini qiyamçılarla səhv salıblar. Hazırda hadisənin detalları araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR