Bank Of Baku

Taliblər britaniyalı girovu güllələyiblər

Taliblər britaniyalı girovu güllələyiblər
# 09 oktyabr 2010 18:39 (UTC +04:00)
Bakı-APA. Əfqanıstanda girov götürülmüş britaniyalı Linda Norqrouv xilasetmə əməliyyatı zamanı öldürülüb. Bu barədə Böyük Britaniya XİN məlumat yayıb.

Nazirlikdən bildiriblər ki, Əfqanıstandakı koalisiya qüvvələrinin komandanlığı 36 yaşlı Norqrouvun saxlandığı yeri yeri öyrənən kimi amerikalı hərbçilər onun xilas edilməsi üçün hərbi əməliyyata başlayıblar.

Britaniya XİN Norqrouvun həyatı təhlükədə olduğu üçün belə bir qərarın qəbul edildiyini bildirib.

Əməliyyat başladıqdan sonra girovu saxlayan taliblər onu gizlətməyə və yaxud qorumağa cəhd etməyiblər. Onlar dərhal girovu qətlə yetiriblər. «Lindanın ölümünə görə məsuliyyət onu oğurlayanların üzərinə düşür», deyə XİN-də bəyan ediblər.

ABŞ-ın DAI qeyri-hökumət təşkilatına işləyən Norqrouv 2010-cu ilin sentyabrından 3 yerli həmkarı ilə birlikdə oğurlanmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR