Bank Of Baku

NATO əsgərləri Əfqanıstanda Talibanın iki liderini öldürüb

NATO əsgərləri Əfqanıstanda Talibanın iki liderini öldürüb
# 11 oktyabr 2010 19:27 (UTC +04:00)
Bakı-APA. Əfqanıstandakı koalisiya qüvvələri Helmənd və Badqis vilayətlərində həyata keçirilən son əməliyyatlar zamanı Talibanın iki liderini öldürüldüyünü iddia edirlər. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. NATO-nun məlumatına görə, dünənki birgə əməliyyat zamanı Molla Cəmaləddin həlak olub. Onun Talibanın Badqis vilayətindəki lideri postuna namizəd olduğu ehtimal edilir. Əfqanıstan və koalisiya qüvvələri Talibanın vilayətdəki əvvəlki liderini çərşənbə günü öldürmüşdü. Koalisiya beynəlxalq və əfqan qüvvələrin gecəyarı Helmənddə keçirdiyi reyd zamanı Talibanın veteran üzvü Acmal Ağa Canının öldüyünü bildirir. NATO onu vilayətdə bombalar hazırlamaq və partladılmaqda günahkar bilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR