Bank Of Baku

Həmid Kərzai: Rəbbaninin qatilləri Pakistandandır

Həmid Kərzai: Rəbbaninin qatilləri Pakistandandır
# 29 sentyabr 2011 23:56 (UTC +04:00)
Bakı-APA. Əfqanıstanın keçmiş prezidenti Burhanuddin Rəbbaninin qətli ilə bağlı keçirilən istintaq zamanı müəyyən olub ki, onun qatilləri Pakistanın Kvatta şəhərindən olan bəzi "tanınmış şəxslərdir".
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Əfqanıstanın hazırkı prezidenti Həmid Kərzay bildirib ki, yaxın iki gün ərzində o, Pakistana xüsusi istintaq qrupunu göndərmək niyyətindədir.
Kərzay deyib ki, əgər İslamabad Rəbbaninin qətli ilə bağlı istintaqla əməkdaşlıqdan imtina etsə o BMT-yə müraciət edəcək.

Kərzay həmçinin bildirdi ki, Rəbbaninin qətlə yetirilməsinin arxasında Talibanın olması aşkar olunduğu halda bu təşkilat ilə danışıqlar dayandırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR