Bank Of Baku

BMT: «Əfqanıstan həbsxanalarında işgəncədən geniş istifadə olunur»

BMT: «Əfqanıstan həbsxanalarında işgəncədən geniş istifadə olunur»
# 11 oktyabr 2011 04:50 (UTC +04:00)
Bakı-APA. Əfqanıstan həbsxanalarında işgəncələr və məhbuslara, o cümlədən uşaqlara qarşı amansızlıq sistematik xarakter daşıyır. BMT-nin Əfqanıstana yardım missiyasının hazırladığı hesabatda belə deyilir.

Missiya ölkənin 22 əyalətində təhlükəsizlik xidməti və polisin tabeliyində olan 47 islah müəssisəsindəki vəziyyəti öyrənib.

Yoxlama göstərib ki, sorğuya cəlb olunan məhbusların 46%-i işgəncə sayıla biləcək sorğu-sual metodlarına məruz qalıblar. «Praktiki olaraq hər dəfə məhbuslar müvafiq cinayətləri etiraf etdikdən və ya lazımi məlumatı verdikdən sonra işgəncələrə son qoyulurmuş», deyə hesabatda bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR