Bank Of Baku

Təbrizdəki Azərbaycan Musiqi Məktəbinin təsisçisi, bəstəkar Həsən Dəmirçiyə qarşı yeni ittiham irəli sürülüb

Təbrizdəki Azərbaycan Musiqi Məktəbinin təsisçisi, bəstəkar Həsən Dəmirçiyə qarşı yeni ittiham irəli sürülüb
# 11 oktyabr 2011 12:41 (UTC +04:00)
APA-nın verdiyi məlumata görə, oktyabrın 8-də bəstəkar Həsən Dəmirçi (Həsən Azərbaycan) İran İnformasiya və Təhlükəsizlik Nazirliyinin (Ettelaat) Təbriz şəhər İdarəsinə çağırılıb. İlkin dindirilmədən sonra H. Dəmirçi axşam saatlarında sərbəst buraxılıb. İstintaq materialları Təbriz şəhər İnqilab Məhkəməsinə göndərilib.

İttihama görə, H. Dəmirçi Urmiya gölü ilə bağlı mahnı bəstələməkdə ittiham edilib. Dindirilmə zamanı isə müstəntiq bildirib ki, mahnıda azərbaycanlıları Urmiya gölü ilə bağlı etiraz yürüşlərinə təhrik edən məqamlar mövcuddur. Müstəntiq azərbaycanlı bəstəkarı İrandakı mövcud sistemin əleyhinə təbliğat aparmaqda da ittiham edib.

Qeyd edək ki, Həsən Dəmirçi 40 ilə yaxındır Güney Azərbaycanda milli musiqi nəzəriyyəsindən dərs deyir. H. Dəmirçi 2006-cı ilin may hadisələri zamanı saxlanılıb və Təbriz İnqilab Məhkəməsi tərəfindən 1 il həbs cəzasına məhkum edilib. Musiqiçi sərbəst buraxılandan sonra onun musiqi məktəbi Şərqi Azərbaycan Vilayətinin Baş Polis İdarəsi tərəfindən bağlanılıb. İdarəyə qarşı yerli məhkəmə instansiyasında irəli sürdüyü şikayət də rədd edilib. Məhkəmə iddianın rədd edilməsini H. Dəmirçinin millətçi olması ilə əlaqələndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR