Bank Of Baku

Suriyada ölənlərin sayı 3 mini ötüb

Suriyada ölənlərin sayı 3 mini ötüb
# 14 oktyabr 2011 12:53 (UTC +04:00)
Bakı – APA. Suriyada bu ilin mart ayında başlayan rejim əleyhinə aksiyalarda ölənlərin sayı 3 mini ötüb. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu BMT-nin insan haqları üzrə ali komissarı Navanetxem Pilley deyib. O, ölənlərin arasında azı 187 uşağın olduğunu açıqlayıb: “Təkcə son on gün ərzində 100-dən çox adam ölüb”.

Qeyd edək ki, martın ortalarında Deraa şəhərində başlayan kütləvi aksiyalar daha sonra digər bölgələrə yayılıb. Müxalifət ölkə rəhbəri Bəşər Əsədin istefasını və siyasi islahatlar aparılmasını tələb edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR