Bank Of Baku

Fələstinlilər məhbusların mübadiləsinə hazırlaşır

Fələstinlilər məhbusların mübadiləsinə hazırlaşır
# 16 oktyabr 2011 00:51 (UTC +04:00)
Bak-APA. Fələstinlilərin HƏMAS qruplaşmasının üzvləri İsrail əsgərinin qaytarılması planının detallarını müzakirə etmək üçün Misirin kəşfiyyat orqanlarının işçiləri ilə görüşüb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, görüş Qahirədə baş tutub. HƏMAS 2006-cı ildən girov saxlanan Gilad Şaliti çərşənbə günü təhvil verməyə hazırlaşır. Şalit İsrail və fələstinlilər əsgərin azad edilməsi müqabilində 1027 fələstinli məhbusun azadlığa buraxılması haqda razılıq əldə edib. Misir prosesin gerçəkləşdirilməsində tərəflərə yardım göstərir. Plana əsasən, fələstinlilər Şaliti Misrə ötürəcək, rəsmi Qahirə isə onu sonradan İsrail rəsmilərinə təhvil verəcək. Eyni zamanda, İsrail 477 fələstinli məhbusu azad edəcək, məhbusların qalan hissəsi isə iki ay müddətində azadlığa buraxılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR