Bank Of Baku

İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından üç nəfər sərbəst buraxılıb

İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından üç nəfər sərbəst buraxılıb
# 17 oktyabr 2011 13:49 (UTC +04:00)
APA-nın məlumatına görə, azərbaycanlı şairə və qadın haqları müdafiəçisi xanım Fəranək Fərid sərbəst buraxılıb. Sentyabrın 3-də Urmiya gölü ilə bağlı kütləvi etiraz yürüşü keçirilən zaman Təbrizdə tutulan F. Fərid milli ayrıseçkilik salan qrupla əməkdaşlıqda ittiham olunub.

Məhkəmə milli fəallar Təbriz sakini Məsud Bayrami və Xoy sakini Şirzad Hacilunun barəsində çıxarılan həbs-qətimkan tədbirini isə dəyişdirib. Adıçəkilən azərbaycanlı fəallar girov qarşılığında azadlığa çıxıblar. M. Bayrami təxminən 30000 ABŞ dolları, Şirzad Hacilu isə 10000 ABŞ dolları məbləğində girov müqabilində sərbəst buraxılıb.

Məlumat da o da qeyd olunub ki, M. Bayrami Təbrizdə Urmiya gölünün qurumasına hökumətin etinasız münasibəti ilə bağlı təşkil edilən etiraz aksiyasına çağırış vərəqələri yaymaqda, Ş. Hacilu isə mərhum İbrahim Cəfərzadənin və ailə üzvlərinin dəfn mərasimində şüarlar səsləndirməkdə ittiham olunaraq saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR