Bank Of Baku

HAMAS beş il əsri saxladığı İsrail ordusunun kapralını azadlığa buraxıb

HAMAS beş il əsri saxladığı İsrail ordusunun kapralını azadlığa buraxıb
# 18 oktyabr 2011 09:10 (UTC +04:00)
Bakı-APA. HAMAS hərəkatı 5 ildir əsirlikdə saxlanan İsrail ordusunun kapralı Qilad Şaliti azadlığa buraxıb. APA-nın məlumatına görə, Qilad Şalit Fələstinlə İsrail arasında vasitəçilik missiyasını boynuna götürmüş Misir tərəfinə təhvil verilib. Yaxın saatlarda əsir kapral İsrail tərəfinə veriləcək. Kapralın azadlığa buraxılması xəbəri təsdiqləndikdən sonra fələstinli dustaqlarla dolu avtobuslar Fələstin istiqamətinə hərəkət etməyə başlayıb. Əldə olunan razılaşmaya əsasən İsrail tərəfi kapral Şalitin əvəzinə 477 fələstinlini, o cümlədən 27 qadını azadlığa buraxmağa razılıq verib. Artıq Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları azad edilən fələstinli dustaqların şəxsiyyətini dəqiqləşdirməyi başa çatdırıblar.

Qeyd edək ki, İsrail zirehli tank birləşməsinin kapralı Qilad Şalit 2006-cı il iyunun 25-də HAMAS döyüşçüləri tərəfindən əsir götürülüb. HAMAS kapralın azadlığa buraxılması müqabilində bütün fələstinli dustaqların azad edilməsini tələb etsələr də, İsrail bu tələblə razılaşmayıb və Qəzza sektorunda “Yay yağışı” adlı əməliyyata başlayıb. Lakin əməliyyat zamanı kapralı azad etmək mümkün olmayıb.

Qilad Şalitin azadlığa buraxılması ilə bağlı Misir vasitəçiliyi ilə aparılan danışqlar beş ildən artıqdır davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR